Bank Of Baku

Permdə gecə klubunda baş vermiş yanğında ölənlərin sayı 120 nəfərə çatıb

Permdə gecə klubunda baş vermiş yanğında ölənlərin sayı 120 nəfərə çatıb
# 09 dekabr 2009 07:12 (UTC +04:00)
Perm-APA. Permdə gecə klubunda baş verən yanğın nəticəsində ölənlərin sayı 120 nəfərə çatıb. APA-nın məlumatına görə, ağır yanıq xəsarəti ilə xəstəxanada yerləşdirilən zərərçəkənlərdən daha ikisi bu gücə dünyasını dəyişib. Hazırda xəstəxanalarda 112 yaralı var, onların 65 nəfəri Moskva, 27 nəfəri Sankt-Peterburq, 13 nəfəri Perm, 7 nəfəri Çelyabinsk xəstəxanalarına yerləşdirilib.
Xatırladaq ki, dekabrın 4-dən 5-nə keçən gecə “Axsaq at” gecə klubunun 8 illiyinə həsr olunmuş mərasimdə yanğın baş verib. İlkin ehtimallara görə, yanğına binada pirotexniki vasitələrin alışması səbəb olub. Faktla bağlı dörd nəfər həbs olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR