Bank Of Baku

Ermənistan Konstitusiya Məhkəməsi Türkiyə ilə imzalanmış protokolları gələn il müzakirə edəcək

Ermənistan Konstitusiya Məhkəməsi Türkiyə ilə imzalanmış protokolları gələn il müzakirə edəcək
# 09 dekabr 2009 13:00 (UTC +04:00)
Bakı – APA. Ermənistan Konstitusiya Məhkəməsi Türkiyə ilə imzalanmış protokolları 2010-cu il yanvarın 12-də müzakirə edəcək. APA-nın “NEWS.am”a istinadən verdiyi məlumata görə, bunu Konstitusiya Məhkəməsinin mətbuat katibi Ovannes Papikyan deyib. O bildirib ki, iclasda iş üzrə məruzəçi hakim Vladimir Ovannisyan olacaq. V. Ovannisyan artıq sənədləri araşdırıb və şəxsi rəyini Konstitusiya Məhkəməsinin sədri Qagik Arutunyana təqdim edib.

Xatırladaq ki, protokollar oktyabrın 10-da Sürixdə imzalanıb. Konstitusiyaya uyğun olaraq Ermənistan prezidenti Serj Sarkisyan protokolları Konstitusiya Məhkəməsinə göndərib. KM müsbət rəy verərsə, protokollar parlamentə təqdim ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR