Bank Of Baku

Moskvada MDB ölkələrinin məktəbləri üçün nəzərdə tutulmuş Azərbaycan dili dərsliyinin təqdimatı keçirilib

Moskvada MDB ölkələrinin məktəbləri üçün nəzərdə tutulmuş Azərbaycan dili dərsliyinin təqdimatı keçirilib
# 09 dekabr 2009 16:48 (UTC +04:00)
Moskva. Roman Ağayev-APA. Lomonosov adına Möskva Dövlət Universitetinin Asiya və Afrika Ölkələri İnstitutunda MDB ölkələrinin tədris müəssisələri üçün Azərbaycan və tacik dili dərsliklərinin təntənəli təqdimat mərasimi keçirilib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, mərasimi açıq elan edən institutun rektoru M. Meyer bu hadisəni mühüm fakt adlandırıb. MDB Dövlətlərarası Humanitar Əməkdaşlıq Fonduna bu layihəni maliyyələşdirdiyinə görə təşəkkür edən rektor MDB ölkələri arasında inteqrasiyanın dərinləşməsi məqsədilə bu kimi addımları vacib saydığını deyib.

Tədbirdə çıxış edən Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu qeyd edib ki, Rusiyada Azərbaycan və tacik dili dərsliklərinin nəşr olunmasını əhəmiyyətli fakt adlandırıb: “Biz bir ölkədə yaşamışıq, rus dilində təhsil almış və danışmışıq. Lakin Sovet İttifaqının dağılmasından düz 16 il ötür. İndi çox şey dəyişib. Təəssüf ki, heç də bütün siyasətçilər bunu anlamır və hiss etmirlər. Hazırda Rusiyanın praktiki olaraq bütün regionlarında azərbaycanlılar yaşayır və onların övladlarının bu ölkədə yaşasa da, doğma dilinin öyrənməyə tələbatı var. Bu kimi xüsusi layihələr məhz qeyd etdiyim tələbatı ödəməyə yönəlib”.

MDB Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun icraçı direktoru Tatyana Bubnova fondun fəaliyyəti və həyata keçirdiyi layihələr barədə iştirakçılara məlumat verib. O bildirib ki, dərsliklərin dərc olunması və kitab nəşrinin inkişaf etdirilməsi rəhbərlik etdiyi fondun əsas fəaliyyət istiqamətlərindən biridir. O fondun xətti ilə bu günə kimi erməni dilində dərsliklərin nəşr olunduğunu, qırğız, türkmən və başqa dillərdə dərsliklərin isə çapa hazırlandığını deyib. Tədbir bədii hissə ilə başa çatıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR