Bank Of Baku

Permdə gecə klubunda baş verən yanğın nəticəsində ölənlərin sayı 136 nəfərə çatıb

Permdə gecə klubunda baş verən yanğın nəticəsində ölənlərin sayı 136 nəfərə çatıb
# 10 dekabr 2009 16:55 (UTC +04:00)
Bakı – APA. Permdə gecə klubunda baş verən yanğın nəticəsində ölənlərin sayı 136 nəfərə çatıb. APA-nın “RİA Novosti”yə istinadən məlumatına görə, bu barədə Rusiyanın Səhiyyə və Sosial Müdafiə Nazirliyindən məlumat verilib.

Hazırda xəstəxanalarda 94 yaralı var, onların 60 nəfəri Moskva xəstəxanalarına yerləşdirilib. Yaralılardan 35-nin vəziyyəti çox ağır, 50-nin vəziyyəti ağır qiymətləndirilir.

Xatırladaq ki, dekabrın 4-dən 5-nə keçən gecə “Axsaq at” gecə klubunun 8 illiyinə həsr olunmuş mərasimdə yanğın baş verib. İlkin ehtimallara görə, yanğına binada pirotexniki vasitələrin alışması səbəb olub. Faktla bağlı dörd nəfər həbs olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR