Bank Of Baku

Permdə baş verən yanğın nəticəsində ölənlərin sayı 139 nəfərə çatıb

Permdə baş verən yanğın nəticəsində ölənlərin sayı 139 nəfərə çatıb
# 11 dekabr 2009 07:01 (UTC +04:00)
Perm-APA. Permdə yerləşən “Axsaq at” gecə klubunda baş verən yanğın nəticəsində ölənlərin sayı 139 nəfərə çatıb. APA-nın “RİA Novosti”yə istinadən yaydığı məlumata görə, bu gecə xəstəxanalarda yanğın qurbanlarından daha üç nəfər vəfat edib.

Xatırladaq ki, dekabrın 4-dən 5-nə keçən gecə “Axsaq at” gecə klubunun 8 illiyinə həsr olunmuş mərasimdə yanğın baş verib. İlkin ehtimallara görə, yanğına binada pirotexniki vasitələrin alışması səbəb olub. Faktla bağlı dörd nəfər həbs olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR