Bank Of Baku

Gürcüstanın separatçı Abxaziya bölgəsində prezident seçkiləri keçirilir

Gürcüstanın separatçı Abxaziya bölgəsində prezident seçkiləri keçirilir
# 12 dekabr 2009 07:57 (UTC +04:00)
Bakı – APA. Bu gün Gürcüstanın separatçı Abxaziya bölgəsində prezident seçkiləri keçirilir. APA-nın məlumatına görə, bu, Abxaziyanın “müstəqilliyinin” Rusiya, Nikaraqua və Venesuela tərəfindən tanınmasından sonra keçirilən ilk prezident seçkiləridir.

Prezident postu uğrunda beş namizəd mübarizə aparır. Bunlar separatçıların indiki lideri Sergey Baqapş, fəlsəfə və iqtisadi elmlər doktoru Vitali Bqanba, keçmiş vitse-prezident Raul Xacimba, Dövlət Gəmiçilik İdarəsinin rəhbəri Zaur Ardzinba və İqtisadi İnkişaf Partiyasının sədri Beslan Butbadır.

127 min seçicinin iştirak edəcəyi seçkilər 174 dairə üzrə keçiriləcək. Seçicilərin 25%-nin işçtirak edəcəyi seçki baş tutmuş sayılacaq. Səs verənlərin 50%-dən çoxunun səsini qazanan namizəd qalib gəlmiş elan olunacaq. Əks halda, iki həftədən sonra seçkilərin ikinci tutu keçiriləcək. Bu turda qalib sadə səs çoxluğu ilə müəyyənləşəcək.

Seçkilərin ilkin nəticələri sabah bəlli olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR