Bank Of Baku

Regionlar Partiyasının deputatı Ukraynanın daxili işlər nazirini döyüb

Regionlar Partiyasının deputatı Ukraynanın daxili işlər nazirini döyüb
# 12 dekabr 2009 10:49 (UTC +04:00)
Kiyev-APA. Ukrayna Regionlar Partiyasından millət vəkili Nestor Şufriç daxili işlər naziri Yuri Lutsenkonu döyüb. APA-nın “İnterfaks”a istinadən yaydığı məlumata görə, hadisə “Şuster Live” proqramının fasiləsində baş verib. Fasilədən bir neçə dəqiqə əvvəl deputatla nazir arasında mübahisə düşüb. Deputat nazirdən Frankfurt hava limanında baş verən hadisə ilə bağlı Almaniya prokurorluğundan materialların alınmasına icazə verib-verməyəcəyini soruşub. Lutsenko bu sualı cavablandırmayıb və deputatdan öz arvadını döyərək çənəsini sındırması faktını ictimaiyyətə açıqlamasını xahiş edib. Nestor Şufriç bildirib ki, veriliş başa çatdıqdan sonra nazirin bu sualının cavabını kişi kimi verəcək. Opponentlər çəkiliş zalından çıxdıqdan sonra Nestor Şufriç daxili işlər nazirinə hücum edib. Naziri əlbəyaxa döyüşə çağıran deputat “Yura, kişisən, məni vur” deyə bağırıb. Daxili işlər naziri isə “Sənə əl bulaşdırmaq istəmirəm. Kişi söhbəti etmək istəyirsənsə, deputat toxunulmazlığından imtina elə, sonra söhbət edək” deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR