Bank Of Baku

Rusiyada şəhər rəhbəri öldürülüb

Rusiyada şəhər rəhbəri öldürülüb
# 14 dekabr 2009 07:19 (UTC +04:00)
Bakı – APA. Rusiya Federasiyasının Moskva vilayətinin Ruzsk rayonunun Tuçkovo şəhərinin rəhbəri Vitali Ustipenkonun və həyat yoldaşının meyiti tapılıb. APA-nın “İnterfaks”a istinadən yaydığı xəbərə görə, bu barədə milisə V. Ustipenkonun oğlu məlumat verib. O, Tuçkovo yaxınlığındakı evə gələrkən valideynlərinin meyiti ilə qarşılaşıb. Hadisə yerində araşdırma aparan müstəntiqlər və məhkəmə-tibb ekspertləri ər və arvadın bədənində çoxsaylı kəsik aşkarlayıblar. Faktla bağlı cinayət işi qaldırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR