Bank Of Baku

Şota Utaişvili: “Gürcüstan müharibə məqsədilə Cənubi Osetiya sərhədinə qoşun toplamır”

Şota Utaişvili: “Gürcüstan müharibə məqsədilə Cənubi Osetiya sərhədinə qoşun toplamır”
# 15 dekabr 2009 09:10 (UTC +04:00)
Bu barədə APA-nın Gürcüstan bürosuna Gürcüstan Daxili İşlər Nazirliyinin analitik-informasiya departamentinin rəisi Şota Utaişvili bildirib. Onun sözlərinə görə, Gürcüstan tərəfi Axalqori ərazisinə heç bir hərbi qüvvə toplamayıb: “Həmin ərazidə Avropa İttifaqı monitorinq keçirir. Ora qoşun toplanmadığını orada müşahidə aparan monitorinq missiyasının nümayəndələri də təsdiq edə bilər. Rusiya mətbuatında gedən məlumat şayiədir və Rusiya tərəfinin növbəti təxribatıdır”.

Qeyd edək ki, Gürcüstanın Cənubi Osetiyanın Axalqor (Leninqor) rayonunu güc yolu ilə qaytarmağa hazırlaşmasını, bu məqsədlə Gürcüstanın bu rayonla sərhəd əraziyə qoşun cəmləşdirdiyini Rusiya Müdafiə Nazirliyi açıqlayıb.

“Vedomosti” qəzeti Amerika hərbi təlimatçılarının dağ şəraitində müharibə taktikasını öyrətmək üçün gürcü ordusuna təlim keçdiklərini yazıb. Axalqor rayonunda məhz bu cür relyef mövcuddur. Bu rayon coğrafi baxımdan Cənubi Osetiyanın digər ərazisindən təcrid olunub. Əhalisinin dörddə üçü gürcüdür.

Xatırladaq ki, bu yaxınlarda Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Nikolay Makarov Gürcüstan ordusunun ötən ilin avqust müharibəsindən sonra öz hərbi potensialını bərpa etdiyini, hətta daha da artırdığını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR