Bank Of Baku

Rusiya Müdafiə Nazirliyi Gürcüstanın Cənubi Osetiya sərhədi yaxınlığına qoşun yığması faktını şərh etməyib

Rusiya Müdafiə Nazirliyi Gürcüstanın Cənubi Osetiya sərhədi yaxınlığına qoşun yığması faktını şərh etməyib
# 15 dekabr 2009 12:02 (UTC +04:00)
Moskva. Roman Ağayev-APA. Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti və informasiya idarəsi Gürcüstanın Cənubi Osetiya ərazisində hərbi əməliyyatlara başlamaq üçün Axalqori rayonu ilə sərhəddə qoşun yığması barədə məlumatı şərh etməyib. İdarədən APA-nın Moskvadakı müxbirinə bildiriblər ki, bu məsələ Müdafiə Nazirliyinin səlahiyyətinə daxil deyil: “Biz hətta həmin ərazidə Rusiya Silahlı Qüvvələrinin iştirakı faktı olsa belə, başqa dövlətlərin daxili işlərinə qarışmırıq. Moskvada Rusiya tərəfindən tanınmış Cənubi Osetiya və Abxaziya respublikalarının nümayəndəlikləri var və bununla bağlı sualı onlara ünvanlamaq lazımdır. Rusiya Müdafiə Nazirliyi digər dövlətin sərhədi yaxınlığında vəziyyəti şərh edə bilməz”.

Separatçı Cənubi Osetiya Respublikasının Rusiyadakı “səfiri” Dmitri Medoev APA-nın Moskvadakı müxbirinə eksklüziv açıqlamasında bildirib ki, Gürcüstanda militarizasiya prosesi görünməmiş miqyas alıb: “2008-ci ilin avqustuna kimi Gürcüstanı silahlandıran ölkələr indi də bu ölkəni silahla təchiz etməkdə davam edirlər. Gürcüstan ordusu yeni silah sistemlərinin mənimsənilməsi ilə bağlı tam hazırlıq keçib və bu gün təkcə Cənubi Qafqaz deyil, bütün Qafqaz regionunda stabillik üçün təhlükə yaranıb. Təbii ki, əvvəllər olduğu kimi indi də bu proses “Gürcüstan” adlanın ölkənin müttəfiqlərinin razılığı ilə həyata keçirilir. Və bütün bunlar proqnozlaşdırılmayan nəticələrə gətirib çıxara bilər”.

Axalqori rayonunda hazırkı vəziyyətə toxunan Dmitri Medoev qeyd edib ki, “Gürcüstan qoşunları təkcə Axalqori istiqamətində cəmləşdirilməyib, ümumiyyətlə Cənubi Osetiyanın bütün dövlət sərhədi boyu təhlükə gözlənilir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR