Bank Of Baku

Gürcüstan parlamenti Rusiya əleyhinə bəyanat qəbul edib

Gürcüstan parlamenti Rusiya əleyhinə bəyanat qəbul edib
# 16 dekabr 2009 07:15 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə - APA. Gürcüstan parlamenti Rusiyanın ölkə ərazisində qeyri-qanuni hərəkətləri barədə xüsusi bəyanat qəbul edib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, 85 səslə yekdilliklə qəbul edilmiş bəyanat dost ölkələrin parlamentlərinə və beynəlxalq təşkilatlara göndəriləcək.

Bəyanatda Rusiya Federasiyası tərəfindən Gürcüstanın işğal edilmiş ərazilərinə yaxın yerlərdə Gürcüstan vətəndaşlarının oğurlanması, qeyri-qanuni həbs edilməsi, rus hərbi bazalarının intensiv surətdə tikilməsi, burada məftillər və divarlar çəkilməsi, inzibati sərhəd boyu rus hərbçilərinin yerləşdirilməsi, zorla əhalinin pasportlarının dəyişdirilməsi, eyni zamanda Gürcüstanın ərazi sularına rus hərbi katerlərinin daxil olması və digər faktlar əksini tapıb. Bəyanatda deyilir ki, bu hərəkətlər həm beynəlxalq hüquq prinsiplərinə, həm də Avropa Birliyinin vasitəçiliyi ilə imzalanmış atəşkəs razılaşmasına ziddir.

Bəyanatda bildirilir ki, Rusiyanın belə provokasiyaları, qeyri-qanuni hərəkətləri təkcə Gürcüstanın yox, bütün Avropanın təhlükəsizliyinə təhdiddir. Gürcüstan parlamenti beynəlxalq təşkilatları, dost ölkələrin parlamentlərini və beynəlxalq institutları Rusiyaya siyasi və diplomatik təsir göstərməyə çağırıb. Sənəddə həmçinin Gürcüstanın işğal olunmuş torpaqlarının Rusiya tərəfindən tanınması qərarının ləğv olunması tələbi də əksini tapıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR