Bank Of Baku

Moldova ATƏT, Aİ və ABŞ-ı Dnestrayanı ərazini demokratikləşdirməyə çağırır

Moldova ATƏT, Aİ və ABŞ-ı Dnestrayanı ərazini demokratikləşdirməyə çağırır
# 02 fevral 2010 00:21 (UTC +04:00)
Bakı-APA. Moldova Dnestryanı regionun demokratikləşməsi və demilitarizasiyası prosesinə ATƏT, Avropa İttifaqı (Aİ) və ABŞ-ın fəal surətdə qoşulmasına tərəfdardır.

Moldova parlamentinin mətbuat xidmətindən verilən məlumata görə, bu barədə fevralın 1-də ATƏT-in hazırkı sədrinin həll olunmamış münaqişələr üzrə nümayəndəsi Bolat Nurqalievlə görüşü zamanı Moldova prezidentinin səlahiyyətlərini icra edən, ölkə parlamentinin spikeri Mixail Qimpu bildirib.

APA-nın REGNUM-a istinadən verdiyi məlumata görə, Qimpu münaqişənin qəti həlli üçün Dnestryanı ərazinin demokratikləşməsi və tamamilə demilitarizasiyasının zəruri şərtlər olduğunu vurğulayıb.

Moldova parlamentinin spiker ionu da bildirib ki, "ATƏT-in 1999-cu il İstanbul sammitinin Rusiya Silahlı qüvvələrinin Moldova Respublikası ərazisindən tam və şərtsiz olaraq çıxarılması barədə öhdəlikləri» yerinə yetirilməlidir.

Qimpu həmçinin hazırda ATƏT-ə sədrlik edən Qazaxıstanı və quruma üzv olan digər ölkələri regionda sülhün qorunması tədbirlərinin formatını dəyişərək, buradakı missiyanı çoxmillətli mülki missiya ilə əvəz etməyə və ona beynəlxalq mandat verməyə çağırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR