Bank Of Baku

Kiyev məhkəməsi Maydanda kütləvi aksiyaların keçirilməsini qadağan edib

Kiyev məhkəməsi Maydanda kütləvi aksiyaların keçirilməsini qadağan edib
# 02 fevral 2010 01:10 (UTC +04:00)
Bakı-APA. Kiyev Dairəsi İnzibati Məhkəməsi Ukrayna paytaxtının mərkəzində yerləşən Maydanda mart ayının 1-nə qədər kütləvi aksiyaların keçirilməsinin qadağan edilməsi barədə qərar qəbul edib.

APA-nın İTAR-TASS-a istinadən verdiyi məlumata görə, «kütləvi tədbirlərin» keçirilməsi üçün Yuliya Timoşenkonun Bloku (YTB) və Regionlar Partiyasının Gənclər təşkilatı müraciət edib.

Kiyev meriyası mətbuat xidmətinin məlumatına görə, məhkəmə bu barədə hələ prezident seçkilərinin birinci turundan əvvəl də qərar qəbul edib. Qərara əsasən kiyevlilərin Maydan adlandırdığı Müstəqillik meydanında yanvarın 9-dan fevralın 5-nə qədər kütləvi aksiyaların keçirilməsi qadağan olunub.

Xatırladaq ki, Ukraynada prezident seçkilərinin ikinci turu yanvarın 7-də keçiriləcək. İkinci turda prezident kürsüsü uğrunda hazırkı baş nazir Yuliya Timoşenko və Regionlar partiyasının lideri Viktor Yanukoviç mübarizə aparacaqlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR