Bank Of Baku

İnquşetiyada dəmiryol vağzalında iki qumbara partladılıb

İnquşetiyada dəmiryol vağzalında iki qumbara partladılıb
# 03 fevral 2010 00:55 (UTC +04:00)
Baku – APA. İnquşetiya DİN-nin verdiyi məlumata görə, Nazran rayonunda dəmiryol vağzalında naməlum şəxslər tərəfindən qumbaraatandan iki atəş açılıb.

Qumbaralardan biri partlayıb, ikincisi isə işə düşməyib. Hadisə yerinə gələn DİN əməkdaşları partlamayan qumbaranı zərərsizləşdiriblər.

Qeyd edək ki, dünən həmin dəmiryol vağzalı yaxınlığında yerləşən polis şöbəsi naməlum şəxslər tərəfindən güllə atəşinə tutulub.

Atışma nəticəsində xəsarət alan olmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR