Bank Of Baku

Sergey Mironov spiker postundan geri çağırılmasının mümkün olmadığını bəyan edib

Sergey Mironov spiker postundan geri çağırılmasının mümkün olmadığını bəyan edib
# 03 fevral 2010 10:09 (UTC +04:00)
Moskva-APA. Ədalətli Rusiya Partiyasının lideri Sergey Mironov bəyan edib ki, mövcud qanunvericilik baş nazir Vladimir Putinlə fikir ayrılığına görə spiker postundan uzaqlaşdırılmasına imkan vermir. APA-nın məlumatına görə, Federasiya Şurasının spikeri bildirib ki, Putinin partiyası istəilən bəyanatı verməkdə sərbəstdir: “Mən əvvəllər də Vladimir Putinin fikirləri ilə razı olmadığımı dəfələrlə bəyan etmişəm. Anlaya bilmirəm, Vahid Rusiyanı bu dəfə belə qıcıqlandıran nə olub? İndiyə kimi onlar bu çıxışlarıma reaksiya vermirdilər”. Sergey Mironov hökumətin antböhran tədbirlərini və büdcə layihəsini təqdir etmədiyini bildirib: “Buna görə də bizim və şəxsən mənim Vladimir Putini dəstəkləməyim haqqında xəbər köhnəlmiş informasiyadır”.

Qeyd edək ki, Vahid Rusiya Partiyası Sergey Mironovun Federasiya Şurasının spikeri postundan geri çağırılması təşəbbüsü ilə çıxış etmək niyyətindədir. APA-nın məlumatına görə, buna səbəb Sergey Mironovun baş nazir Vladimir Putinin sosial təşəbbüslərini dəstəkləməməsidir. Xatırladaq ki, baş nazir Putin həm də Vahid Rusiya Partiyasının lideridir. Partiyanın rəhbərlərindən Andrey Vorobyov spikerin mövqeyini belə şərh edib: “Sergey Mironov dünən verdiyi müsahibədə baş nazir Putinin büdcənin qəbulu ilə bağlı sosial təşəbbüsləri ilə razılaşmadığını açıq şəkildə bəyan edib. Bu fikirlər ölkə üçün, cəmiyyət üçün çox böyük işlər görmüş Vladimir Putinə qarşı hörmətsizlikdir. Nə Putin, nə də Medvedyev Mironovun verdiyi qiymətə layiq insanlar deyil. Sergey Mironov Federasiya Şurasında Sankt-Peterburq qanunverici orqanını təmsil edir. Bu orqanda biz üstünlük təşkil edirik, buna görə də həmkarlarımızla məsləhətləşərək Mironovun geri çağırılması prosedurasına başlamaq niyyətindəyik”. Partiyanın rəhbərlərindən Andrey İsayev də Sergey Mironovun geri çağırılması ideyasını dəstəkləyib: “Mironovun Vladimir Putini dəstəkləməməsi onun mənəvi baxımdan iflasa uğraması deməkdir. Məsləhət görərdim ki, Sergey Mironov Vahid Rusiya Partiyasının dəstəyi ilə seçildiyi spiker postundan könülü istefa versin”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR