Bank Of Baku

Ukraynaya səfər edən xarici dövlət başçılarının «Aclıq qırğını» qurbanlarının xatirəsini yad etməsi məcburidir

Ukraynaya səfər edən xarici dövlət başçılarının «Aclıq qırğını» qurbanlarının xatirəsini yad etməsi məcburidir
# 03 fevral 2010 23:19 (UTC +04:00)
Bakı-APA. Bundan sonra Ukraynaya səfər edən dövlət başçıları Kiyevdə Naməlum Əsgərin abidəsini və «Aclıq qırğını» qurbanlarının xatirəsini yad edəcəklər.

APA-nın «Ukrainskaya pravda»ya istinadən verdiyi məlumata görə, ölkə prezidenti Viktor Yuşenko Ukraynanın dövlət protokolu və mərasim qaydalarına düzəlişlər edilməsi barədə müvafiq Fərman imzalayıb.

Prezidentin İnternet saytında yerləşdirilmiş məlumata görə, "aclıq qırğını qurbanlarının xatirəsinin yad edilməsi mərasimi xarici dövlət başçısı tərəfindən xatirə abidəsi qarşısında şam yandırmasını, baş əyməsini və başınağacı kolunun əkilməsini nəzərdə tutur".

Bundan əlavə, Naməlum Əsgərin Abidəsinin ziyarət edilməsi və «Aclıq qırğını» qurbanlarının xatirəsinin yad olunması xarici dövlətlərin dövlət və hökumət başçılarının səfər proqramında nəzərdə tutulmalıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR