Bank Of Baku

Mintimer Şaymiyevə Tatarıstan parlamentində “daimi kreslo” ayrılacaq

Mintimer Şaymiyevə Tatarıstan parlamentində “daimi kreslo” ayrılacaq
# 04 fevral 2010 11:42 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. Mintimer Şaymiyev Tatarstan prezidenti vəzifəsindən gedəndən sonra parlamentdə “daimi kreslo”nun sahibi olacaq. APA-nın «RİA Novosti”yə istinadən məlumatına görə, bu qərar bu gün Tatarıstan parlamentində qəbul edilib.
Parlamentin sədri Fərid Muxametşin bildirib ki, Mintimer Şaymiyev Tatarıstanın müasir tarixində Ali Sovetin ilk sədri, Tatarıstanın ilk prezidenti olub: “Biz çox istərdik ki, onun siyasi aktivliyi, respublikanın ictimai həyatında iştirakı davam etsin. Belə təklif var ki parlamentdə onun “daimi kreslo”su olsun,və onu bütün iclaslara dəvət edək. Deputatlar bu təklifi dəstəklədi”. Təklifi qəbul edən Mintimer Şaymiyev etiraf edib ki, özünü ölkə həyatından kənarda təsəvvür etmir və iclas zalında özü üçün küncdə bir yer seçib.
1991-ci ildən Tatarıstana rəhbərlik edən 73 yaşlı Mintimer Şaymiyev Rusiya prezidenti Dmitri Medvedyevlə keçən ay keçirdiyi görüşdə onun prezident səlahiyyətlərinin müddətini uzatmamağı xahiş edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR