Bank Of Baku

Moskvanın mərkəzində pravoslav kilsəsində yanğın baş verib

Moskvanın mərkəzində pravoslav kilsəsində yanğın baş verib
# 05 fevral 2010 04:25 (UTC +04:00)
Bakı-APA. Moskvanın mərkəzində pravoslav kilsəsində bu gecə yanğın baş verib.

APA-nın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, yanğın Bakı vaxtı ilə saat 6.10 dəqiqədə Pyatnitskaya küçəsində yerləşən Müqəddəs Kliment kilsəsində qeydə alınıb. Yanğın kilsənin birinci mərtəbəsində baş verib.

Yanğının sahəsi geniş olmadığı üçün hadisə yerinə gələn FHN əməkdaşları operativ surətdə onu söndürüblər. Yanğının səbəbləri və binaya dəymiş ziyanın məbləği dəqiqləşdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR