Bank Of Baku

Saxalin yarımadasında iki zəlzələ qeydə alınıb

Saxalin yarımadasında iki zəlzələ qeydə alınıb
# 05 fevral 2010 04:46 (UTC +04:00)
Bakı – APA. Rusiyanın Saxalin yarımadasında 2 zəlzələ təkanı qeydə alınıb. Məlumatı APA RİA Novosti-yə istinadən yayıb.

Rusiya Fövqəladə Hallar nazirliyinin Saxalin yarımadası üzrə idarəsindən son sutka ərzində yarımadanın ərazisində iki təkanın qeydə alındığı barədə məlumat veriblər.

Seysmoloqların dediyinə görə, birinci təkanın episentri Saxalindən 448 km cənub-şərqdə Şimalı Kuril adalarında 4,1 bal gücündə olub. 3,8 bal gücündə ikinci təkan isə Pilvo rayonundan 3 km aralıda qeydə alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR