Bank Of Baku

Çeçenistanda Rusiya Daxili Qoşunlarının 5 hərbçisi öldürülüb

Çeçenistanda Rusiya Daxili Qoşunlarının 5 hərbçisi öldürülüb
# 05 fevral 2010 08:06 (UTC +04:00)
Bakı – APA. Çeçenistanın Urus-Martan rayonunda Rusiya Daxili Qoşunlarının 5 hərbçisi öldürülüb. APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, fevralın 4-də həyata keçirilən əməliyyat-axtarış tədbirləri zamanı rayon ərazisində bir qrup silahlı şəxsin olduğu müəyyənləşib. Onlar hökumət qüvvələrinin “təslim ol” çağırışına atəşlə cavab veriblər. İlk toqquşma zamanı daxili qoşun qrupunun komandiri də daxil olmaqla 4 hərbçi həlak olub, 4 nəfər yaralanıb. Silahlılar mühasirəni yarmağa çalışarkən ikinci toqquşma baş verib. Bu döyüşdə Daxili Qoşunların snayperi öldürülüb, 2 vzvod komandiri yaralanıb. Silahlıların itkiləri barədə məlumat yoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR