Bank Of Baku

Dmitri Medvedev Rusiyanın yeni Hərbi Doktrinasını təsdiqləyib

Dmitri Medvedev Rusiyanın yeni Hərbi Doktrinasını təsdiqləyib
# 05 fevral 2010 16:06 (UTC +04:00)
Bakı – APA. Rusiya prezidenti Dmitri Medvedev yeni Hərbi Doktrina və “2020-ci ilə qədər nüvə hücumundan müdafiə sahəsində dövlət siyasətinin əsasları”nı təsdiqləyib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, D. Medvedev bunu Rusiya Təhlükəsizlik Şurasının üzvləri ilə keçirdiyi müşavirədə deyib. Müşavirədə baş nazir Vladimir Putin, Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev, Kreml administrasiyasının rəhbəri Sergey Narışkin, baş nazirin müavini Sergey Sobyanin, müdafiə naziri Anatoli Serdyukov, daxili işlər naziri Rəşid Nurqəliyev, Federal Təhlükəsizlik Xidmətinin sədri Aleksandr Bortnikov, parlamentin hər iki palatasının sədrləri Sergey Mironov və Boris Qrızlov iştirak ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR