Bank Of Baku

Fevralın 6-sı Ukraynada seçkilərin ikinci turundan öncəki «sükut günü»dür

Fevralın 6-sı Ukraynada seçkilərin ikinci turundan öncəki «sükut günü»dür
# 05 fevral 2010 20:43 (UTC +04:00)
Bakı-APA. Bu gün gecə yarısı Ukraynada prezident seçkilərində iştirak edənə namizədlərin seçkiqabağı təbliğat kampaniyasının müddəti başa çatır.

APA-nın İnterfaks-a istinadən verdiyi məlumata görə, cümə günü paytaxt Kiyevdə seçkilərin ikinci turunda mübarizəni davam etdirəcək hər iki namizədin – Regionlar Partiyasının namizədi Viktor Yanukoviçin və hazırkı baş nazir Yuliya Timoşenkonun tərəfdarlarının iştirakı ilə aksiyalar keçirilib.

Qeyd edək ki, Ukrayna qanunvericiliyinə müvafiq olaraq, seçkiqabağı təbliğat seçki günündən öncəki cümə günü başa çatır.

Beləliklə, gecə yarıdan sonra ölkənin bütün ərazisində bütün təbliğat lövhələri çıxarılmalı, televiziya və radio, habelə mətbuat orqanlarında vasitəsilə təşviqat proqramlarının yayımı dayandırılmalıdır.

Xatırladaq ki, prezident seçkilərinin ikinci turu fevralın 7-də keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR