Bank Of Baku

Azərbaycanda yaşayan Ukrayna vətəndaşları sabah ölkələrinin Bakıdakı səfirliyində yaradılmış seçki məntəqəsində səs verəcəklər

Azərbaycanda yaşayan Ukrayna vətəndaşları sabah ölkələrinin Bakıdakı  səfirliyində yaradılmış seçki məntəqəsində səs verəcəklər
# 06 fevral 2010 09:47 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Azərbaycanda yaşayan Ukrayna vətəndaşları fevralın 7-də ölkələrində keçiriləcək prezident seçkilərinin ikinci turunda iştirak edə biləcəklər.

APA-nın məlumatına görə, diplomatik nümayəndəlikdə xaricdə yerləşən 3 saylı seçki məntəqəsi yaradılıb.

Ümumiyyətlə, Ukrayna Mərkəzi Seçki Komissiyası xarici ölkələrdə 114 məntəqə yaradıb. Azərbaycanda yaşayan Ukrayna vətəndaşlarının ilkin seçici siyahısına 214 nəfər daxildir. Səsvermə saat 08.00-dan 20.00-a qədər səfirliyin binasında keçiriləcək.

Xatırladaq ki, yanvarın 17-də seçkilərin birinci turu keçirilib. İkinci turda baş nazir Yuliya Timoşenko və Regionlar Partiyasının lideri Viktor Yanukoviç yarışacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR