Bank Of Baku

YTB: Regionlar Partiyası seçki komissiyalarının üzvlərinə rüşvət təklif edir

YTB: Regionlar Partiyası seçki komissiyalarının üzvlərinə rüşvət təklif edir
# 07 fevral 2010 01:24 (UTC +04:00)
Bakı-APA. Yuliya Timoşenkonun Bloku (YTB) Ukrayna prezidentliyinə namizəd Yuliya Timoşenkonun seçki komissiyalarındakı nümayəndələrinin rüşvətlə alınmağa cəhd olunduğu barədə məlumat verib.

APA-nın məlumatına görə, bu barədə Yuliya Timoşenkonun Kiyev şəhər seçki qərargahının rəhbəri Anatoli Seminoqa bildirib.

«Regionlar Partiyasının nümayəndələri prokurorluq və Ukrayna Təhlükəsizlik Şurasının üzvlərilə bir yerdə YTB-dən olan seçki komissiyalarının üzvlərinə qarşı təxribat hazırlayırlar. Bizim komissiyalardakı adamlarımıza səsvermə günü işə çıxmamağa görə 300 dollardan 500 dollaradək rüşvət təklif olunur», deyə o bəyan edib.

Onun sözlərinə görə, bu cür təkliflər paytaxtın Solomensk və Dnepr rayonlarındakı məntəqə seçki komissiyalarının üzvlərinə edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR