Bank Of Baku

Əgər Serbiya NATO-ya daxil olarsa, Rusiya Kosovoya dair mövqeyini dəyişə bilər - Roqozin

Əgər Serbiya NATO-ya daxil olarsa, Rusiya Kosovoya dair mövqeyini dəyişə bilər - Roqozin
# 07 fevral 2010 04:22 (UTC +04:00)
Bakı-APA. Əgər Serbiya NATO-ya daxil olsa, Moskva Kosovonun müstəqilliyinə dair mövqeyinə yenidən baxmağa məcbur olacaq. APA-nın məlumatına görə, bu barədə Rusiyanın NATO yanında daimi nümayəndəsi Dmitri Roqozin bəyan edib.

«Əgər Belqrad Şimali Atlantika alyansının üzvü olmaq istəsə Kosovonun müstəqilliyini tanımağa məcbur olacaq. Belə halda Rusiya da bu məsələyə dair fikrini dəyişməyə məcbur olacaq. Ruslar serblərdən də artıq serb ola bilməzlər», deyə diplomat bildirib.

Xatırladaq ki, indiyədək nə Belqrad, nə də Moskva Kosovonun müstəqilliyini tanımayıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR