Bank Of Baku

Tiflisdə iranlı və gürcü məktəblilərinin rəsm sərgisi açılıb

Tiflisdə iranlı və gürcü məktəblilərinin rəsm sərgisi açılıb
# 07 fevral 2010 16:25 (UTC +04:00)
APA-nın Gürcüstan bürosunun məlumatına görə, sərginin açılışında İranın Gürcüstandakı səfiri Müctəba Dəmirçi və Tiflis şəhər merliyinin rəsmiləri, gürcü rəssamları, Tiflisdə fəaliyyət göstərən məktəb kollektivləri, gürcü ictimaiyyətinin nümayəndələri iştirak edib.

İranın Gürcüstandakı səfiri Müctəba Dəmirçi APA-ya açıqlamasında bildirib ki, sərgini təşkil etməkdə məqsəd gürcü və iranlı məktəblilər, eləcə də gürcü ictimaiyyətinin hər iki ölkənin mədəniyyəti və tarixi haqqında məlumat əldə edə bilməsidir: “Sərgidə Tiflisdə fəaliyyət göstərən 3 İran məktəbinin iranlı şagirdləri və bu məktəblərdə fars dilini öyrənən gürcü şagirdlərinin 200-ə yaxın rəsm əsərləri nümayiş etdirilir. Sərgidə 3 yaşından 16-17 yaşınadək uşaqların müxtəlif mövzularda çəkilmiş maraqlı rəsm əsərləri gürcü ictimaiyyətinin ixtiyarına verilib. Məktəblilər öz hisslərinə və baxışlarına uyğun əsərlər yaradıblar. Düşünürəm ki, belə maraqlı tədbirlərin keçirilməsi hər iki ölkə arasında dostluq əlaqələrinin genişlənməsinə daha böyük təkan verəcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR