Bank Of Baku

Polşa prezidentinin təyyarəsinin qəzaya uğramasının ilkin səbəbləri açıqlanıb

Polşa prezidentinin təyyarəsinin qəzaya uğramasının ilkin səbəbləri açıqlanıb
# 10 aprel 2010 11:26 (UTC +04:00)
Qeyd edək ki, qəza nəticəsində Polşa prezidenti və xanımı da daxil olmaqla, təyyarənin göyərtəsində olan 132 nəfərin hamısı həlak olub. Həlak olanlar arasında Polşanın onlarla siyasətçisi və ictimai xadimi var.

Rusiya Prokurorluğunun İstintaq Komitəsi və FHN də təyyarənin göyərtəsində olan 132 nəfərin hamısının həlak olduğu barədə məlumat yayıb.

Təyyarə Bakı vaxtı ilə saat 12 radələrində Smolensk vilayətindəki “Severniy” aerodromuna eniş edərkən uçun zolağının 300-400 metrliyində qəzaya uğrayıb. Dumanlı havada ağaca çırpılan təyyarə yanıb.

Yüksək səviyyəli nümayəndə heyəti Katın keçiriləcək matəm tədbirlərində iştirak etmək üçün Smolenskə gəlirmiş.

Polşa mətbuatı həlak olanların tam olmayan siyahısını açıqlayıb. Ölənlər arasında Polşa prezidenti Lex Kaçinski və həyat yoldaşından başqa, Baş Qərargahın rəisi Frantişek Qonqor, eks-prezident Rışard Kaçorovski, Polşa Milli Yaddaş İnstitutunun prezidenti Yanuş Kurtıka, Polşa Ordusu diviziyasının yepiskopu, general Tadeuş Ploski, pravoslav ordu yepiskopu və briqada generalı Miron Çodakovski, Milli Bankın sədri Slavomir Skşipek, digər rəsmi şəxslər və ictimai xadimlər var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR