Bank Of Baku

Polşa səfirinin təyyarə qəzasında həlak olması təkzib edilib

Polşa səfirinin təyyarə qəzasında həlak olması təkzib edilib
# 10 aprel 2010 14:47 (UTC +04:00)
Bakı- APA. Polşanın Rusiyadakı səfirliyi RF-dəki polşalı səfir Yerji Barın prezident Lex Kaçinskinin təyyarəsində qəzaya uğraması haqqında xəbərləri təkzib edib.

APA-nın «İTAR-TASS» agentliyinə istinadən verdiyi məlumata görə, Polşa prezidentinin «Tu-154» təyyarəsi Rusiyanın Smolensk vilayətində eniş zamanı qəzaya uğrayan vaxtı səfir Yerji Bar yerli hava limanında qonaqları qarşılayan nümayəndə heyətinin tərkibində olub.

Xatırladaq ki, bu gün Bakı vaxtı ilə saat 12:00 radələrində Smolensk vilayətində Polşa prezidentinin qəzaya uğramış təyyarəsinin göyərtəsində 96 nəfər olub və onların hamısı həlak olub. Prezident Lex Kaçinskinin rəhbərlik etdiyi Polşa nümayəndə heyəti Katın hadisələri (1940-cı il) ilə bağlı keçiriləcək xatirə tədbirlərində iştirak etmək üçün Rusiyaya gəlirdi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR