Bank Of Baku

Polşa prezidentinin təyyarəsində qəzaya uğrayanların cəsədləri Moskvada tanınacaq

Polşa prezidentinin təyyarəsində qəzaya uğrayanların cəsədləri Moskvada tanınacaq
# 10 aprel 2010 15:35 (UTC +04:00)
Bakı – APA. Polşa prezidenti Lex Kaçinskinin başçılıq etdiyi rəsmi nümayəndə heyətinin «Tu-154» təyyarəsinin Rusiyanın Smolensk vilayətində qəzaya uğraması nəticəsində həlak olan cəsədlərinin tanınması Moskva şəhərində keçiriləcək. APA-nın «RİA Novosti» agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Rusiyanın baş naziri, qəzanın səbəblərinin araşdırılması üçün yaradılmış xüsusi komissiyanın sədri Vladimir Putin bildirib. Yaxın vaxtlarda həlak olanların cəsədləri Rusiya paytaxtına gətiriləcək və artıq Moskvada hadisə ilə bağlı xüsusi qərargah yaradılıb.
Xatırladaq ki, bu gün Bakı vaxtı ilə saat 12:00 radələrində Smolensk vilayətində Polşa prezidentinin qəzaya uğramış təyyarəsinin göyərtəsində 96 nəfər olub və onların hamısı həlak olub. Prezident Lex Kaçinskinin rəhbərlik etdiyi Polşa nümayəndə heyəti Katın hadisələri (1940-cı il) ilə bağlı keçiriləcək xatirə tədbirlərində iştirak etmək üçün Rusiyaya gəlirdi.
Qeyd edək ki, Polşa qanunvericiliyinə əsasən, müvəqqəti olaraq prezidentin səlahiyyətlərini parlamentin spikeri Bronislav Komorovski icra edəcək. Polşada növbədənkənar prezident seçkilərinin keçirilməsi planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR