Bank Of Baku

Gürcüstan Qırğızıstana humanitar yardım göndərəcək

Gürcüstan Qırğızıstana humanitar yardım göndərəcək
# 10 aprel 2010 15:41 (UTC +04:00)
Bakı - APA. Gürcüstan hökuməti Qırğızıstana humanitar yardımın göstərilməsinə dair qərar qəbul edib. APA-nın «İnterfaks»a istinadən verdiyi məlumata görə, Gürcüstanın baş naziri Nikoloz Gilauri bildirib ki, yaxın vaxtlarda dərman preparatları və tibb ləvazimatlarından ibarət olan humanitar yardım Qırğızıstana göndəriləcək.

Baş nazirin sözlərinə görə, humanitar yardım 180 min ABŞ dolları dəyərində olacaq.

N.Gilauri Gürcüstanın səhiyyə nazirinin müavini İrakli Giorqobianini də Qırğızıstana gedəcəyini deyib.

Xatırladaq ki, artıq ABŞ da dərman ləvazimatlarından ibarət humanitar yardımı Qırğızıstana göndərib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR