Bank Of Baku

Polşa prezidentinin qəzaya uğrayan təyyarəsinin hər iki «qara qutusu» tapılıb

Polşa prezidentinin qəzaya uğrayan təyyarəsinin hər iki «qara qutusu» tapılıb
# 10 aprel 2010 15:53 (UTC +04:00)
Bakı – APA. Rusiyanın Smolensk vilayətində Polşa prezidentinin təyyarəsinin qəzaya uğradığı yerin yaxınlığında artıq ikinci «qara qutu» da tapılıb. İlkin məlumatlara görə, tapılan qurğuların hər biri zədələnməyib və istintaq prosesində «qara qutuların» lazımi məlumatın əldə olunmasına yardımçı olacağı bildirilir. APA-nın məlumatına görə, bunu Rusiyanın fövqəladə hallar naziri Sergey Şoyqu bildirib. Bundan iki saat öncə isə hadisə yerində ilk «qara qutu» tapılmışdır.

Xatırladaq ki, bu gün Bakı vaxtı ilə saat 12:00 radələrində Smolensk vilayətində Polşa prezidentinin qəzaya uğramış təyyarəsinin göyərtəsində 96 nəfər olub və onların hamısı həlak olub. Prezident Lex Kaçinskinin rəhbərlik etdiyi Polşa nümayəndə heyəti Katın hadisələri (1940-cı il) ilə bağlı keçiriləcək xatirə tədbirlərində iştirak etmək üçün Rusiyaya gəlirdi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR