Bank Of Baku

Polşa prezidentinin qəzaya uğrayan təyyarəsinin ekipajı dispetçer xidmətinin göstərişlərinə əməl etməyib

Polşa prezidentinin qəzaya uğrayan təyyarəsinin ekipajı dispetçer xidmətinin göstərişlərinə əməl etməyib
# 10 aprel 2010 16:57 (UTC +04:00)
APA-nın məlumatına görə, bunu Rusiya Hərbi Hava Qüvvələri Baş Qərargahının rəis müavini Aleksandr Alyoşin bildirib.
A.Alyoşinin sözlərinə görə, «Tu-154» təyyarəsinin ekipajı ona bir neçə dəfə «Smolensk» aerodromunun dispetçerləri tərəfindən uçuş istiqaməti ilə bağlı verdiyi göstərişlərə məhəl qoymayıb. Uçuşların idarə olunması ilə məşğul olan qrupun hələ enişə 1,5 km qalmış təyyarəinin şaquli sürətinin artdığını və hündürlüyün azaltdığını görüb. Bununla bağlı ekipaja təyyarənin üfüqi uçuş vəziyyətinə gətirilməsi, həmçinin təyyarənin ehtiyat aerodromuna istiqamətləndirilməsi ilə bağlı göstəriş verilib. Lakin təyyarə uçuş vəziyyətini dəyişməyib.
Qeyd edək ki, hadisə nəticəsində göyərtəsində Polşa prezidenti Lex Kaçinski və daha 96 nəfər rəsmi dövlət nümayəndə və ekipaj heyətləri olan təyyarə Smolensk vilayətində eniş zamanı qəzaya uğrayıb. Təyyarənin bütün sərnişinləri həlak olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR