Bank Of Baku

“Tu-154” təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanlardan 24-nün, o cümlədən Polşa prezidentinin meyiti tanınıb

“Tu-154” təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanlardan 24-nün, o cümlədən Polşa prezidentinin meyiti tanınıb
# 11 aprel 2010 11:39 (UTC +04:00)
PİK rəhbərinin müavini Vasili Piskaryov söhbətin hələlik şərti tanınmadan getdiyini deyib. “Ölənlərin kimliyi geyimləri və sənədlərlə müəyyən olunub”, - deyə V. Piskaryov qeyd edib.

İstintaq orqanlarındakı mənbə RİA “Novosti”yə bildirib ki, Moskvaya təyyarə qəzasında həlak olanların qalıqları olan 96 tabut gətirilib. Rusiya FHN qəzada ümumilikdə 96 nəfərin həlak olduğunu açıqlayıb. Ehtimallara görə, daha iki tabutda meyitlərin fraqmentləri var.

Qeyd edək ki, Polşa prezidenti Lex Kaçinskinin təyyarəsi aprelin 10-da Bakı vaxtı ilə saat 12 radələrində Smolensk yaxınlığında aerodroma eniş zamanı qəzaya uğrayıb. Polşa prezidenti və xanımı Mariya Kaçinskaya da daxil olmaqla, təyyarənin göyərtəsindəki 96 nəfərin hamısı həlak olub. Həlak olanlar arasında Polşanın yüksək vəzifəli rəsmi şəxsləri, görkəmli ictimai-siyasi xadimləri var. Nümayəndə heyəti Katın faciəsinin qurbanlarının anım mərasimində iştirak etmək üçün Rusiyanın Smolensk şəhərinə gəlirmiş.

Polşa prezidentinin və həyat yoldaşının meyitini əkiz qardaşı, sabiq baş nazir Yaroslav Kaçinski artıq tanıyıb.

Smolensk vilayət Administrasiyasından bildirilib ki, Polşa prezidentinin cəsədinin qalıqları xüsusi reyslə Varşavaya göndəriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR