Bank Of Baku

Bu gün Türkmənistanın “Avaza” Milli Turist Zonasında növbəti obyektlər istifadə veriləcək

Bu gün Türkmənistanın “Avaza” Milli Turist Zonasında növbəti obyektlər istifadə veriləcək
# 12 aprel 2010 09:14 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. Bu gün Xəzərin Türkmənistan sahilində kənarında yerləşən «Avaza» Milli Turist Zonasında növbəti obyektlər istifadə veriləcək. Türkmənistanın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, istifadəyə veriləcək obyektlər arasında Türkmənbaşı şəhərində fəaliyyətə başlamış yeni beynəlxalq hava limanı da var. O, eyni vaxtda 7 təyyarəni qəbul edə bilir. Bundan əlavə 7 kilometr uzunluğunda süni çay, onun ətrafında park və əyləncə kompleksləri, 254 MVt gücündə elektrostansiya, sutkada 35 min kubmetr suyu təmizləməyə qabil zavod, eləcə də müasir yol infrastrukturu istifadəyə verilir.
Açılış mərasimində Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov, hökumət nümayəndələri, xarici diplomatlar və 30 ölkədən 100-dan artıq şirkətin nümayəndələri iştirak edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR