Bank Of Baku

Kurmanbek Bakiyev Qırğızıstanda yaradılmış müvəqqəti hökuməti tanımadığını bəyan edib

Kurmanbek Bakiyev Qırğızıstanda yaradılmış müvəqqəti hökuməti tanımadığını bəyan edib
# 12 aprel 2010 10:42 (UTC +04:00)
Bakı – APA. Qırğızıstan prezidenti Kurmanbek Bakiyev aprelin 12-də Cəlalabad şəhərində keçirilən mitinqdə tərəfdarlarının qarşısında çıxış edib. APA-nın “Fergana.ru” portalına istinadən verdiyi məlumata görə, K. Bakiyev Bişkekdə yaradılmış müvəqqəti hökuməti tanımadığını deyib və bu hökumətin təmsilçilərini quldurlar və qatillər adlandırıb. O, baş verənlərdə özünü günahkar saymadığını söyləyib.

Aksiyada 2 minə yaxın adamın iştirak etdiyi xəbər verilir. Mitinqə K. Bakiyevin 3 qardaşı, o cümlədən müvəqqəti hökumət tərəfindən barəsində axtarış elan olunmuş Dövlət Mühafizə Xidmətinin keçmiş rəisi Janış Bakiyev də iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR