Bank Of Baku

Kurmanbek Bakiyev: “Məni tutmağa çalışsalar, o qədər qan töküləcək ki, buna heç kim haqq qazandıra bilməyəcək”

Kurmanbek Bakiyev: “Məni tutmağa çalışsalar, o qədər qan töküləcək ki, buna heç kim haqq qazandıra bilməyəcək”
# 12 aprel 2010 14:37 (UTC +04:00)
APA-nın məlumatına görə, bu fikirləri Qırğızıstan prezidenti Kurmanbek Bakiyev doğma kəndində tərəfdarları ilə görüşdə deyib. O bildirib ki, paytaxtda iğtişaşlar törədənlər, soyğunçuluq edənlər ölkəni şimal və cənuba bölmək istəyirlər. Qırğızıstan prezidenti həmçinin ölkənin paytaxtının Oş, yaxud Cəlalabada köçürülməsini təklif edib: “Oş şəhəri Qırğızıstanın cənub paytaxtı sayılır. Mənə deyirlər ki, paytaxtı bura köçürün, rəhbərləri bura çağırın və ölkəni buradan idarə edin. Amma mən cavab verirəm – gözləyin, Cəlalabadda normal vəziyyəti bərpa edək. Sabah orada mitinq keçirməyi planlaşdırırıq. Mitinqi keçirdikdən sonra Oşa gedəcək və orada işləyəcəyik”.

Qırğızıstan müvəqqəti hökumətinin başçısı Roza Otunbayeva isə bildirib ki, prezident Bakiyevin təhlükəsizliyinə qarantiya vermir. Müxalifət liderləri artıq öz tərəfdarlarını prezidenti və onun hökumətinin üzvlərini həbs etməyə çağırıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR