Bank Of Baku

Qırğızıstanın müvəqqəti hökuməti beynəlxalq ictimaiyyətdən Bakiyev tərəfdarlarının hesablarını dondurmağı xahiş edib

Qırğızıstanın müvəqqəti hökuməti beynəlxalq ictimaiyyətdən Bakiyev tərəfdarlarının hesablarını dondurmağı xahiş edib
# 19 aprel 2010 08:49 (UTC +04:00)
Bakı - APA. Qırğızıstanın müvəqqəti hökuməti sabiq prezident Kurmanbek Bakiyevin tərəfdarlarının xarici banklara köçürdüyü vəsaiti tapmaq və dondurmaq xahişi ilə beynəlxalq ictimaiyyətə müraciət edib.

APA-nın məlumatına görə, müvəqqəti hökumətin baş nazir müavini Temir Sariyev deyib ki, aprelin 7-8-də ölkədə kütləvi iğtişaşlar baş verən vaxt altı kommersiya bankı vasitəsilə ölkədən 200 mln. dollar vəsait çıxarılıb. Onun fikrincə, Bakiyev tərəfdarları həmin vəsaitdən ölkədəki vəziyyəti gərginləşdirmək məqsədilə istifadə edə bilərlər.

Bundan əvvəl Qırğızıstanın müvəqqəti hökumətindən bildiriblər ki, 200 mln. dollar ABŞ banklarından birinə köçürülüb. Bu məsələ ABŞ dövlət katibinin müavini Cənubi və Mərkəzi Asiya məsələləri üzrə müavini Robert Bleyklə T.Sariyevin görüşündə də müzakirə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR