Bank Of Baku

Janış Bakiyev: “Müvəqqəti hökumətə təslim olmayacağam”

Janış Bakiyev: “Müvəqqəti hökumətə təslim olmayacağam”
# 19 aprel 2010 09:08 (UTC +04:00)
APA-nın məlumatına görə, ata yurdu olan Cəlalabad vilayətinin Teyit kəndində “İnterfax”a müsahibə verən general Janış Bakiyev Qırğızıstanın hüquq-mühafizə orqanları ilə danışıqlara başlamaq barədə vəd verdiyini təsdiqləyib.

“Amma yeni hökumət sabiq müdafiə naziri general Kalıyevi bu bəhanə ilə aldadaraq həbs etdi və zor tətbiq edərək Bişkekə apardı. Bu səbəbdən mənim vədimdən imtina etmək hüququm var və təslim olmaq fikrində deyiləm” – deyə J.Bakiyev qeyd edib.

Onun sözlərinə görə, Bakiyev qardaşları müvəqqəti hökumətə inanmadıqları üçün ATƏT-ə müraciət etmək fikrindədirlər: “Amma gələcək planlarımızı açıqlamaq fikrində deyilik. Zaman keçəcək və hər şeyi hamıya izah edəcəyik”.

Xatırladaq ki, Qırğızıstanın müvəqqəti hökuməti sabiq prezident Kurmanbek Bakiyevin üç qardaşı – Janış, Əhməd və Kanıbek haqqında axtarış elan edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR