Bank Of Baku

Qırğızıstanın Mayovka kəndində milli zəmində iğtişaşlar baş verib: 2 nəfər həlak olub

Qırğızıstanın Mayovka kəndində milli zəmində iğtişaşlar baş verib: 2 nəfər həlak olub
# 19 aprel 2010 20:16 (UTC +04:00)
Bakı-APA. Qırğızıstanın Bişkek şəhəri yaxınlığındakı Mayovka kəndində milli zəmində iğtişaşlar baş verib: 2 nəfər həlak olub. Bu barədə AKİpress agentliyinə Qırğızıstan səhiyyə nazirliyindən məlumat veriblər.

Hadisələrdə 13 nəfər xəsarət alıb. Səhiyyə nazirliyi xəsarət alanların siyahısını dərc edib.

APA-nın məlumatına görə, Qırğızıstan müvəqqəti hökumətinin başçısı Roza Otunbayeva Mayovka kəndində vəziyyətin nəzarətə götürüldüyünü bildirib.

Kəndə daxil olmuş milis və daxili qoşunlar iğtişaşları törətməkdə təqsirli bilinən 40 nəfəri saxlayıblar. Digər iştirakçıların axtarışı davam etdirilir.

Aprelin 19-da gündüz saatlarında Bişkekin şimal kənarındakı Mayovka kəndində yüzlərlə gənc insan iğtişaş törədərək ev tikilməsi üçün torpaq tələb ediblər. Bişkek meri vəzifəsini icra edən İsa Omurkulovla danışıqlardan sonra vəziyyət müvəqqəti olaraq sabitləşib, lakin axşam iğtişaşlar yenidən başlayıb. Silahlı adamlar «türk məhəlləsinə» hücum edərək oradakı türklərin və azərbaycanlıların evlərini dağıtmağa başlayıblar. Onlarla ev yandırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR