Bank Of Baku

Mahaçqalada 2 milis nəfəri öldürülüb

Mahaçqalada 2 milis nəfəri öldürülüb
# 20 aprel 2010 01:58 (UTC +04:00)
Baku-APA. Bu gecə Mahaçqalada 2 milis nəfəri qətlə yetirilib. Bu barədə Dağıstan DİN-dən məlumat verilib.

«Moskva vaxtı ilə saat 2 radələrində milislər Akuşin küçəsində «VAZ-2114» markalı avtomobili saxlayıblar. Maşındakı şəxslər milislərə atəş açıblar. Milislərdən biri yerindəcə həlak olub, digəri isə xəstəxanaya aparılarkən yolda keçinib», deyə Dağıstan DİN mətbuat xidmətinin əməkdaşı bildirib.

Hücum edənlərin axtarışı davam edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR