Bank Of Baku

Bİşkekdə törədilən kütləvi talanlar zamanı 5 nəfər ölüb, 28 nəfər yaralanıb

Bİşkekdə törədilən kütləvi talanlar zamanı 5 nəfər ölüb, 28 nəfər yaralanıb
# 20 aprel 2010 08:36 (UTC +04:00)
APA-nın “RİA Novosti”yə istinadən yaydığı məlumata görə, bu rəqəmləri Qırğızıstan Səhiyyə Nazirliyinin mətbuat katibi Yelena Bayalinova açıqlayıb. Onun sözlərinə görə, mənzil tikintisi üçün torpaq sahəsi tələb edən yüzlərlə gənc Maevka kəndində iğtişaşlar törədiblər. Yerli əhali silahlanaraq hüquq-mühafizə orqanlarının əməkdaşları gələnə kimi kəndi müdafiə etməli olublar. İğtişaşlar zamanı 3 nəfər kliniki ölüm keçirib, onlardan ikisi aldığı güllə yarasından dünyasını dəyişib. Yanğınsöndürənlər daha iki nəfərin cəsədini aşkarlayıblar. Tibbi yardım üçün müraciət edən 28 nəfərdən 9-u xəstəxanada həkim nəzarəti altındadır. İğtişaşları törədən 100-dən artıq şəxs həbs olunub. İctimai asayişin bərpasında iştirak edən milislər arasında da yaralananlar olub. Xatırladaq ki, Maevka kəndində törədilən iğtişaşlarda yaralananlar arasında bir azərbaycanlı da var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR