Bank Of Baku

Ermənistan Silahlı Qüvvələrinin baş qərargah rəisi: “2010-2016-cı illərdə ordunu komplektləşdirməkdə ciddi problemlərlə üzləşəcəyik”

Ermənistan Silahlı Qüvvələrinin baş qərargah rəisi: “2010-2016-cı illərdə ordunu komplektləşdirməkdə ciddi problemlərlə üzləşəcəyik”
# 20 aprel 2010 16:44 (UTC +04:00)
İrəvan-APA. Ermənistan Müdafiə Nazirliyi təhsil alması səbəbilə hərbi xidmətdən möhlət hüququna malik çağırışçıların sayını azaltmaq təklifi ilə hökumətə müraciət etməyə hazırlaşır. APA-nın “Novosti-Armenia”ya istinadən yaydığı məlumata görə, Ermənistan Silahlı Qüvvələrinin baş qərargah rəisi, general-polkovnik Yuri Xaçaturov bu addımı orduya komplektləşdirilməsində problemlər yaranması ilə əlaqələndirib: “Əgər 2004-2009-cu illərdə orduda xidmət keçmək üçün eyni sayda çağırışçı çağırılırdısa, 2010-2016-cı illərdə problemlərlə üzləşəcəyik. Bu müddətdə orduya çağırılan şəxslərin sayı azalacaq”. Qeyd edək ki, Ermənistanda ciddi demoqrafik böhran mövcuddur, orduya yararlı vətəndaşların əksəriyyəti ölkəni tərk etdiyindən rəsmi İrəvan ordunu komplektləşdirilməkdə çətinlik çəkir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR