Bank Of Baku

Rusiya prezidenti Ukraynaya işgüzar səfərə gedəcək

Rusiya prezidenti Ukraynaya işgüzar səfərə gedəcək
# 21 aprel 2010 10:10 (UTC +04:00)
Moskva. Roman Ağayev-APA. Bu gün Rusiya prezidenti Dmitri Medvedyevin Ukraynaya işgüzar səfəri başlayır. APA-nın Moskvadakı müxbirinin verdiyi məlumata görə, prezident Xarkova baş çəkəcək. Dmitri Medvedyev və Viktor Yanukoviç mövcud olan dövlətlərarası sazişlərin reallaşması ilə bağlı müzakirələr aparacaqlar. Prezidentlərin gündəmində Ukraynaya və ölkə ərazisindən keçərək Avropaya qaz nəqli, Ukrayna ərazisindəki Rusiyanın Qara dəniz donanmasının taleyi və digər mühüm məsələlər də var. Rusiya prezidentinin həmsərhəd Ukrayna vilayətlərinin rəhbərləri ilə görüşləri də nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR