Bank Of Baku

Kurmanbek Bakiyev beynəlxalq ictimaiyyəti Qırğızıstanın müvəqqəti hökumətini tanımamağa çağırıb

Kurmanbek Bakiyev beynəlxalq ictimaiyyəti Qırğızıstanın müvəqqəti hökumətini tanımamağa çağırıb
# 21 aprel 2010 11:20 (UTC +04:00)
APA-nın “RİA Novosti”yə istinadən məlumatına görə, hazırda Minskdə Belarus prezidenti Aleksandr Lukaşenkonun himayəsi altında olan K.Bakiyev bu gün MDB-nin mənzil-qərargahında jurnalistlər üçün xüsusi bəyanatla çıxış edib.

O, Qırğızıstanda baş verən iğtişaşlarda ölən 80 nəfərdən artıq vətəndaşın ailəsinə başsağlığı verib və qanun qarşısında cavab verməyə hazır olduğunu bildirib.

“Elə bir qüvvə yoxdur ki, məni prezidentlikdən imtina etməyə məcbur edə bilsin. Qırğızıstan heç kimin müstəmləkəsi olmayacaq və demokratik dövlət quruculuğunu davam etdirəcək” – deyə sabiq qırğız lideri qeyd edib. O, həmçinin beynəlxalq ictimaiyyəti Qırğızıstanın müvəqqəti hökumətini tanımamağa çağırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR