Bank Of Baku

Rusiyanın Qara dəniz donanmasının daha 25 il Ukraynada qalmasına dair dövlətlərarası saziş imzalanıb

Rusiyanın Qara dəniz donanmasının daha 25 il Ukraynada qalmasına dair dövlətlərarası saziş imzalanıb
# 21 aprel 2010 15:50 (UTC +04:00)
Bakı – APA. Ukrayna və Rusiya prezidentləri Viktor Yanukoviç və Dmitri Medvedev Rusiya Hərbi Dəniz Donanmasının Qara dəniz donanmasının 2017-ci ildən sonra daha 25 il Sevastopolda qalmasına dair dövlətlərarası saziş imzalayıblar. APA-nın “Ukrainskaya pravda”ya istinadən verdiyi məlumata görə, sənəd prezidentlərin Ukraynanın Xarkov şəhərində keçirilən görüşündə imzalanıb. Sazişdə bu müddətin tərəflərin razılığı ilə daha 5 il uzadılması əksini tapıb. Bunun əvəzində Ukrayna Rusiyadan aldığı təbii qazın min kubmetrinin qiymətinin 330 dollardan çox olması durumunda 100 dollarlıq endirim, qazın qiymətinin 330 dollardan az olacağı təqdirdə isə müqavilənin dəyərinin 30%-i həcmində endirim hüququ qazanacaq.

Xatırladaq ki, Rusiyanın Qara dəniz donanmasının Ukraynanın Sevastopol şəhərində yerləşməsi barədə müqavilə 1997-ci ildə 20 il müddətinə bağlanıb. Keçmiş prezident Viktor Yuşşenko və ölkənin digər millətçi siyasi liderləri müqavilənin müddətinin uzadılmasına qarşı çıxırdı.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR