Bank Of Baku

Smolensk aviaqəzasında həlak olan bütün şəxslərin cəsədləri tanınıb

Smolensk aviaqəzasında həlak olan bütün şəxslərin cəsədləri tanınıb
# 21 aprel 2010 21:07 (UTC +04:00)
Bakı-APA. Polşanın Tu-154 hökumət təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olmuş bütün şəxslərin cəsədləri tanınıb. Bu barədə Rusiya səhiyyə və sosial inkişaf nazirinin köməkçisi Sofiya Malyavina məlumat verib.

Onun sözlərinə görə, çərşənbə günü Rusiya səhiyyə və sosial inkişaf naziri Tatyana Qolikova Polşanın səhiyyə naziri Yeva Kopaçın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. «Tatyana Qolikova bir daha Polşa xalqına başsağlığı verdi və bildirdi ki, genetik ekspertiza üzrə bütün işlər başa çatıb və bütün cəsədlər tanınıb», deyə Malyavina bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR