Bank Of Baku

Viktor Yuşşenkonun partiyası prezident Yanukoviçin impiçment yolu ilə vəzifədən kənarlaşdırılmasını tələb edib

Viktor Yuşşenkonun partiyası prezident Yanukoviçin impiçment yolu ilə vəzifədən kənarlaşdırılmasını tələb edib
# 22 aprel 2010 08:10 (UTC +04:00)
Bakı – APA. Sabiq prezident Viktor Yuşşenkonun liderlik etdiyi “Bizim Ukrayna” Partiyası prezident Viktor Yanukoviçin impiçment yolu ilə vəzifədən kənarlaşdırılmasını tələb edib. APA-nın “Ukrainskaya pravda” xəbər portalına istinadən verdiyi məlumata görə, “Bizim Ukrayna”nın bəyanatında deyilir ki, mövcud hakimiyyət ölkədə ruslaşdırma siyasəti aparır və milli maraqları satır: “Ukraynanın informasiya məkanı ruslaşdırılır, tarixi yaddaşın bərpası istiqamətində əldə olunmuş nailiyyətlər təftiş edilir. Rusiyanın Qara dəniz donanmasının daha 25 il Ukraynada qalması barədə saziş isə ölkənin milli maraqlarına sarsıdıcı zərbədir. Bundan başqa, Yanukoviçin komandası Ukraynanın son strateji resurslarını – aviasiya sənayesi, atom energetikası və yeraltı qaz anbarlarını da ruslara təslim etməyə hazırlaşır. Təəssüf ki, Yanukoviç Moskva ilə münasibətlərdə strateji tərəfdaşlıqdan strateji nökərçiliyə keçib”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR