Bank Of Baku

Qırğızıstanda Konstitusiya dəyişikliyi ilə bağlı referendumun və parlament seçkilərinin tarixi müəyyənləşib

Qırğızıstanda Konstitusiya dəyişikliyi ilə bağlı referendumun və parlament seçkilərinin tarixi müəyyənləşib
# 22 aprel 2010 08:40 (UTC +04:00)
Bakı – APA. Qırğızıstanın müvəqqəti hökuməti Konstitusiya dəyişikliyi ilə bağlı referendumun tarixini müəyyənləşdirib. APA-nın “AKİpress”ə istinadən verdiyi məlumata görə, müvəqqəti hökumətin rəhbərinin müavini Omurbek Tekebayev bildirib ki, Konstitusiya layihəsi aprelin 25-də ictimaiyyətə təqdim ediləcək, referendum isə iyunun 27-də keçiriləcək. Oktyabrın 10-da ölkədə parlament seçkilərinin keçirilməsi nəzərdə tutulub. Eyni gün prezident seçkisinin də keçiriləcəyi istisna edilmir.

“France Presse” agentliyinin xəbərinə görə, Konstitusiya dəyişikliyi ilə Qırğızıstanda prezidentin səlahiyyətləri azaldıla və ölkə parlament respublikasına çevrilə bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR