Bank Of Baku

Viktor Yuşşenko Rusiyanın Qara dəniz donanmasının Ukraynada qalma müddətinin uzadılmasını təslimçilik və işğal kimi qiymətləndirib

Viktor Yuşşenko Rusiyanın Qara dəniz donanmasının Ukraynada qalma müddətinin uzadılmasını təslimçilik və işğal kimi qiymətləndirib
# 22 aprel 2010 16:06 (UTC +04:00)
APA-nın “UNİAN”a istinadən verdiyi məlumata görə, V. Yuşşenko “5-ci kanal”a müsahibəsində Ukrayna və Rusiya prezidentləri arasındakı Xarkov razılaşmalarına münasibətini açıqlayıb. O bildirib ki, ucuz qazın əvəzinə tərəzinin digər gözünə hər millət üçün müqəddəs olan suverenlik və müstəqillik qoyulur: “Bu cür mübadilə mənə aydın deyil”.

Sabiq dövlət başçısının fikrincə, təhlükəsizlik məsələsi heç vaxt iqtisadi məqsədəuyğunluqla bir tutula bilməz: “Saman yandırıb qızınmalı olsaq da, müstəqilliyimizi qorumalıyıq. Bunun müqəddəs olduğunu anlamaq lazımdır. Böyük ötkəmliklə hərbi işğalın əvəzində qazın qiymətinin endirildiyi söylənirsə, mən bu cür razılaşmaları bir vətəndaş və siyasətçi kimi alqışlaya bilmərəm”.

V. Yuşşenko Xarkov razılaşmasının Ukrayna Konstitusiyasının 17-ci maddəsinə zidd olduğunu söyləyib: “Ukrayna ərazisində xarici hərbi bazaların yerləşdirilməsinə yol verilmir. Konstitusiya millətin mövcudiyyətinin mündəricatıdır. Mən müstəqilliyimizi 5 dəfə itirdiyimiz 20-ci əsrin tarixini xatırlayıram. Hesab edirəm ki, bu müstəqilliyin hansı tərəfdən qamarlandığını xatırlatmağa ehtiyac yoxdur”.

Keçmiş prezidenti bəyan edib ki, yalnız siyasətçilərin, ziyalıların, ictimaiyyətin, jurnalistlərin birgə səyləri ilə bu razılaşmanın Ali Radada ratifikasiyasının qarşısını almaq olar: “Mən Ukraynada sabitliyin tərəfdarıyam. Lakin elə dəyərlər var ki, onları itirdikdə aşağıdakı suala cavab vermək asan olmur: sənin və sənin uşaqlarının həyatının mənası varmı?..”

V. Yuşşenko siyasi partiyalara da müraciət edib: “Partiya bayraqlarını gizlədin. Bu, birləşdirmir. Sizi bizim baza dəyərimiz – 300 illik mübarizə nəticəsində əldə etdiyimiz Ukraynanın suverenliyi birləşdirməlidir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR