Bank Of Baku

Gürcüstan parlamentinin vitse-spikeri: “Cavaxetiyanın müstəqilliyini tələb etmək niyyətləri Ermənistana xeyir gətirməyəcək”

Gürcüstan parlamentinin vitse-spikeri: “Cavaxetiyanın müstəqilliyini tələb etmək niyyətləri Ermənistana xeyir gətirməyəcək”
# 22 aprel 2010 16:56 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Gürcüstan parlamentinin müxalifət deputatı, parlamentin vitse spikeri Levan Vepxvadze ermənilərin aprelin 20-də Gürcüstanın İrəvandakı səfirliyi qarşısında keçirdikləri mitinqdə Cavaxetiyanı Gürcüstandan ayırmaq iddialarına münasibət bildirib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, vitse-spiker bu mitinqin bəzi erməni siyasət adamlarının maraqlarına xidmət etdiyini deyib: “Onlar normal gürcü-erməni münasibətlərindən istifadə etməyə çalışırlar. Təxribat törətmək istəyən bu adamlar bu yolla Ermənistanda öz karyeralarını qurmaq istəyirlər. Ermənistanla Azərbaycan arasında problemlər var. Bu insanlar indi də Gürcüstanla bağlı təxribat törətmək istəyirlər. Fikrimcə, onların bu niyyətləri Ermənistana xeyir gətirməyəcək.”

Xatırladaq ki, ermənilər aprelin 20-də Gürcüstanın Ermənistandakı səfirliyi qarşısında aksiya keçiriblər. Onlar Gürcüstan səfirinə Cavaxetiyaya müstəqillik tələb edən bəyanat təqdim etmək istəyiblər. Lakin Gürcüstan səfiri aksiya iştirakçılarının qarşısına çıxmayıb. İştirakçılar bəyanatı polis nümayəndələrinə təhvil veriblər. Qeyd edək ki, aksiya “Yeni Mühafizəkarlar Hərəkatı” tərəfindən təşkil olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR